“Yaxın onilliklərdə Türkiyənin Aİ-yə üzv olması mümkünsüzdür”

11:00 | 03.06.2016
“Yaxın onilliklərdə Türkiyənin Aİ-yə üzv olması mümkünsüzdür”

“Yaxın onilliklərdə Türkiyənin Aİ-yə üzv olması mümkünsüzdür”

Türkiyənin Avropa İttifaqına üzv olması yaxın onilliklərdə mümkünsüzdür, çünki bu ölkə hələ bir çox tələbləri yerinə yetirməlidir.
 
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu "Sky News” telekanalına müsahibəsində Britaniyanın baş naziri Devid Kemeron bildirib.
 
Bununla belə, Kemeron qeyd edib ki, London  beynəlxalq gündəlikdəki mühüm məsələlər üzrə  digər ölkələrlə olduğu kimi, Ankara ilə də dialoqu dəstəkləməkdə davam etməlidir.
 
Bundan əvvəl Kemeron Türkiyə vətəndaşlarının Aİ-yə  vizasız gəlməsini nəzərdə tutan sazişə qarşı çıxış edib: "Biz özümüz, Şəngendən kənarda olaraq, sərhəd nəzarətini həyata keçiririk. Biz türklərə vizasız gəlməyi təklif etməyəcəyik. Biz öz miqrasiya siyasətimizi davam etdirəcəyik”, - deyə o bildirib.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb