Yemelyanenkonun növbəti rəqibi müəyyənləşdi

09:45 | 18.12.2015
Yemelyanenkonun növbəti rəqibi müəyyənləşdi

Yemelyanenkonun növbəti rəqibi müəyyənləşdi

Qarışıq döyüş üzrə (MMA) dəfələrlə dünya çempionu Fyodor Yemelyanenkonun rəqibi müəyyənləşib.

 "Report"un məlumatına görə, bu, hindistanlı Caydip Sinqhdir. 

Görüş dekabrın 31-də Yaponiyada keçiriləcək. Hazırda məşqlərini davam etdirən Yemelyanenko döyüş məkanına dekabrın 25-də yollanacaq. 

Qeyd edək ki, Caydip Sinqh Hindistanda doğulsa da, 3 yaşından Yaponiyada yaşayır. O, karyerası ərzində Yaponiyada 19 döyüş keçirib. 1,98 metr boya malik 28 yaşlı idmançı 2 döyüşünü vaxtından əvvəl başa vurub. Fyodor Yemelyanenko isə son döyüşünə 2012-ci ilin iyununda çıxıb. O, ümumilikdə 40 döyüşündən 12-si nokaut olmaqla, 35 qələbə qazanıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb