Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər

22:00 | 19.05.2017
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər

Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb.

Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Sənada epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb