Yeni İl qadağası: 31 dekabr Məhəmməd peyğəmbərin vəfatı günüdür - FOTOLAR

11:53 | 13.12.2013
Yeni İl qadağası: 31 dekabr Məhəmməd peyğəmbərin vəfatı günüdür - FOTOLAR

Yeni İl qadağası: 31 dekabr Məhəmməd peyğəmbərin vəfatı günüdür - FOTOLAR

“Heç onun övladları və nəvələri ona yas saxlamayıblar”.
Dekabrın 31 hicri təqvimlə Məhəmməd peyğəmbərin vəfatı və İmam Hüseynin şəhadət gününə təsadüf etdiyindən sosial şəbəkələrdə Yeni İli qeyd etməməyə çağırışlar müşahidə olunub.
Oxu.Az xəbər verir ki, çağırışda dekabrın 31-i bütün müsəlmanlar məscidlərə toplanaraq peyğəmbərin yasında iştirak edib ağlamağa dəvət olunub.
Mövzu ilə əlaqədar Oxu.Az ilahiyyatçı Elşad Miri ilə əlaqə saxlayıb.
Elşad bəy qeyd edib ki, bu bir absurd çağırışdır və dinlə əlaqəsi yoxdur:
“Ümumiyyətlə İslam dinində yas saxlamaq anlayışı yoxdu, peyğəmbərin vəfatından sonra onun övladları və nəvələri ona yas saxlamayıblar, yas saxlamaq peyğəmbərin dövründə olmayıbsa bizimkilər belə mərasimləri necə ortaya çıxarıblar? Bu bir populistik, qeyri-səmimi bir addımdır və bunun dinlə heç bir əlaqəsi yoxdur.
Ümumiyyətlə, İslam dinində bir insanın vəfatından sonra onun yuyulması, kəfənlənməsi, cənazə namazı qılınması və dəfn olunması buyurulub, bundan sonra olan mərasimlərin: üç, yeddi, qırx saxlamağın dinlə heç bir əlaqəsi yoxdur”.
Məsələn, əlaqədar ilahiyyatçı-alim Hacı Şahin Oxu.Az-a bildirib ki, insanların belə şəkildə kampaniya təşkil etməyi yaxşı hesab olunmur:
“Hər halda insanların bayram qeyd etdiyi zaman, bu cür kampaniya təşkil və təbliğ etmək yaxşı deyil, mən bu barədə ətraflı danışsam, böyük səs-küyə səbəb olacaq, bu şəxsi məsələdir, insanlar özləri qərar qəbul etsinlər”.
Oxu.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb