Yeni ildə qar yağacaq

16:43 | 26.12.2014
Yeni ildə qar yağacaq

Yeni ildə qar yağacaq

ANN.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Yeni il gecəsinin hava proqnozunu açıqlayıb. Məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.

Havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.

Dekabrın 31-də Azərbaycanın rayonlarında günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 01-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM