Yeni "iPhone 7"ni yandırdılar- VİDEO

15:35 | 16.09.2016
Yeni

Yeni "iPhone 7"ni yandırdılar- VİDEO

Yeni smartfonu müxtəlif üsullarla yoxladılar

ANN.Az xəbər verir ki, məşhur "JerryRigEverything" adlı videobloqçu yeni "iPhone 7" smartfonunu sınaqdan keçirib.

Sosial mediada yayılan videodan məlum olur ki, bloqçu yeni smartfonu cızır, yandırır və əyməyə çalışır.

Sonda müəllif bildirir ki, "iPhone 7" də özündən əvvəlki smartfonlar kimi dözümlüdür.

Yeni smartfonlar iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan "Apple” logosu diqqətləri cəlb edir. 

"Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. "iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.
 
"iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. 

"iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir. 

Sizə "JerryRigEverything"in hazırladığı videonu təqdim edirik:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb