Yeni mövsümə yeni tamaşalarla - FOTOLAR

18:30 | 14.09.2016
Yeni mövsümə yeni tamaşalarla - FOTOLAR

Yeni mövsümə yeni tamaşalarla - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 89-cu teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 17-də nümayiş etdiriləcək.
 
Tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün saat 12.00-da S.Şeydanın "Tülkü, tülkü, tünbəki”, saat 19.00-da İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək. 

Tamaşa 2016-cı ilin "Multikulturalizm ili” elan olanması çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın "Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə  teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. 

Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər. 

Iki hissəli psixoloji dram olan "Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımovdur. 

Tamaşada Əməkdar Artistlər Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Elnur Hüseynov, Elnur Kərimov, Kərəm Hadızadə, Elşən Çarhanlı və başqaları iştirak edəcəklər.
   
Sentyabr ayının 18-də isə saat 12.00-da Pərvinin "Dəcəl keçi”, saat 19.00-da Kalmık və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün hazırladıqları "Qohumlar” tamaşaları nümayiş etdiriləcək. 

Teatr il boyu öz tamaşaçılarını maraqlı, yeni səhnə əsərləri ilə sevindirməkdə davam edəcək. 
 


















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb