Yeni təyin olunan icra başçısının ilk işi bu oldu

21:50 | 01.11.2019
Yeni təyin olunan icra başçısının ilk işi bu oldu

Yeni təyin olunan icra başçısının ilk işi bu oldu

Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.

Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.

Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb