Yeni yolun nə vaxt istismara veriləcəyi bilindi

11:07 | 19.12.2014
Yeni yolun nə vaxt istismara veriləcəyi bilindi

Yeni yolun nə vaxt istismara veriləcəyi bilindi

Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun istismara verilməsi nəzərdə tutulur.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə yolun üstündə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub. Artıq piyada keçidlərində tikinti-quraşdırma işləri başa çatdırılıb, hazırda həmin ərazilərdə abadlıq işləri aparılır. Bundan əlavə, yolda asfalt-beton örtüyünün döşənməsi işinin böyük hissəsi başa çatdırılıb. Hazırda səki daşları düzülür”.

P.Mürsəliyev qeyd edib ki, eni 45 m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulur.

Mətbuat katibinin fikrincə, ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan "Ağ şəhər" ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb