Yerevan avtobusunda bomba partlayıb - VİDEO

11:30 | 26.04.2016
Yerevan avtobusunda bomba partlayıb - VİDEO

Yerevan avtobusunda bomba partlayıb - VİDEO

Aprelin 25-də Yerevanın mərkəzi rayonlarından birində avtobusda baş vermiş partlayışda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Ermənistandan alınan son xəbərlərdə bildirilir ki, partlayışının səbəbi bomba olub..

Ermənistan polisinin rəhbəri Vladimir Qasparyana istinad edən yerli xəbər agentlikləri partlayışın qəlpə yox, dalğa xarakterli olduğunu bildirirlər.

Rəsmi məlumatlarda deyilir ki, partladıcı qurğu böyük bir ehtimalla sərnişin oturacaqlarından birinin altına qoyulubmuş.

Bu da xəbər verilir ki, partlayış anı təhlükəsizlik kameralarına düşüb.

Bundan əvvəl xəbər verilirmişdi ki, partlayış nəticəsində bir nəfərin həlak olub, səkkiz nəfər xəsarət alıb.

Partlayış Alabyan küçəsində yerli vaxtla 21.00 radələrində baş verib.

Hadisə yerinə Milli Böhran Mərkəzinin xüsusi xilasedicilər dəstəsi gətirilib.

"Bogdan” markalı 63 nömrəli avtobusda baş verən partlayış o qədər güclü olub ki, səsi ətraf ərazilərdə də eşidilib.

Təfərrüatlar hələlik açıqlanmır. (Azadliq.org)
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM