Yerevanda müxalifət aksiya keçirir

21:22 | 01.03.2018
Yerevanda müxalifət aksiya keçirir

Yerevanda müxalifət aksiya keçirir

Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası Yerevanın Azadlıq meydanında aksiya təşkil edib. Erməni mətbuatının verdiyi xəbərə görə, aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.  
 
Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin "Çıxış” blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.
 
Qeyd edək ki, 10 il əvvəl Yerevanda baş verən toqquşmalarda 8 etirazçı və 2 polis əməkdaşı ölüb. Hadisələrə görə indiyədək heç kim məsuliyyətə cəlb edilməyib.   

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb