Yol açıldı: 22 marşrutun istiqaməti dəyişdirildi

10:00 | 07.05.2018
Yol açıldı: 22 marşrutun istiqaməti dəyişdirildi

Yol açıldı: 22 marşrutun istiqaməti dəyişdirildi

22 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Bak Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar "Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

"Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və Böyük Şor qovşağına daxil olmadan yoluna davam edəcək. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzil başına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb