Yol polisi bəzi sürücülərin kələyinin üstünü açdı – VİDEO

10:52 | 28.10.2016
Yol polisi bəzi sürücülərin kələyinin üstünü açdı – VİDEO

Yol polisi bəzi sürücülərin kələyinin üstünü açdı – VİDEO

Bir çox sürücü qəza işıqlarını yandıraraq avtomobili dayanma-durmanın qadağan edildiyi yerdə saxlayır. 

ANN.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, yol polisi yaxınlaşdıqda isə maşını sürüb ərazidən uzaqlaşırlar. 

Yol polisi belə sürücülərə xəbərdarlıq edir. Qadağan edilmiş ərazilərdə, hətta bir neçə dəqiqəlik maşın saxlayanlar da kameralar vasitəsilə lentə alınacaq, cərimələnəcək və ünvanlarına protokol göndəriləcək. Çünki yolun kənarında dayanma və durmanı qadağan edən nişan olsa da, sürücülər avtomobilin qəza işıqlarını yandıraraq ərazidə dayanırlar. Baxmayaraq ki, yaxınlıqda kameralar var. 

Hazırda bir çox sürücü bu tələbə yalnız ərazidə yol polisi olduqda riayyət edir. Belə sürücülər yol polisi olmadıqda isə avtomobili qadağan edilmiş ərazidə saxlayırlar.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirir ki, dayanma və durmanı qadağan edən nişanın təsir zonasında, hətta avtomobili qısa müddətlikdə olsa saxlamaq qadağandır.

Bölmə rəisi bildirir ki, bir çox sürücü tələbləri pozduğu halda, bəhanə gətirərək cərimədən yayınmaq istəyir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM