Yollarda vəziyyət necədir? - Rəsmi açıqlama

11:18 | 09.01.2015
Yollarda vəziyyət necədir? - Rəsmi açıqlama

Yollarda vəziyyət necədir? - Rəsmi açıqlama

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda yollarda marşrut avtobuslarının hərəkətində yaranan problemlərlə bağlı məlumat verib.

Qurumun mətbuat katibi Şəfa Mehmanqızı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, avtomobillərin aşağı sürətlə hərəkət etməsi marşrutlarda gecikməyə səbəb olur: "Hələlik marşrut avtobuslarının vəziyyəti normaldır. Hər bir sərnişin avtobusu öz istiqamətində hərəkətini davam etdirir.

Amma enişli-yoxuşlu yollar olan ərazilərdə gecikmələrin olması istisna olunmur. Nəzərə alaq ki, indi şəhərdə tıxac yoxdur, amma bütün avtomobillər ən aşağı sürətlə hərəkət edirlər. Bu da marşrutun avtomobillərinin dayanacağa gəlmə vaxtlarında bir qədər gecikmə yaradır.

Marşrut avtobuslarının qəzaya düşməsi və ya hansısa səbəbdən hərəkətdən çıxması haqda hələ ki, heç bir məlumat yoxdur”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM