Yollardakı vəziyyətlə bağlı AÇIQLAMA

11:10 | 13.12.2013
Yollardakı vəziyyətlə bağlı AÇIQLAMA

Yollardakı vəziyyətlə bağlı AÇIQLAMA

Respublikanın bütün avtomobil yollarında vəziyyət normaldır.Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. K.Əliyev, həmçinin bildirib ki, ötən gün respublika ərazində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Baş verən yol qəzalarının 3-ü paytaxtda qeydə alınıb. Paytaxt ərazisində olan qəzaların hamısı piyada vurma ilə nəticələnib. Baş verən qəzalarda iki piyada ölüb, biri yaralanıb. Şöbə rəisi piyadalara yolu keçərkən müəyyən olunmuş yerlərdən, yeraltı piyada keçidlərindən keçməyi tövsiyə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb