Yunanıstan kreditorlar ilə razılığa gəldi

11:40 | 11.08.2015
Yunanıstan kreditorlar ilə razılığa gəldi

Yunanıstan kreditorlar ilə razılığa gəldi

Yunanıstan hökuməti və beynəlxalq kreditorlar 2015-ci ildən 2018-ci ilə qədər büdcə üçün ilkin göstəricilər barədə razılığa gəliblər, bu barədə Reuters ölkə hakimiyyətində olan mənbəsinə istinadən bildirib.

Oxu.Az xəbər verir ki, bu il büdcədə ÜDM-nin 0,25% səviyyəsində çatışmazlıq proqnozlaşdırılır.

2016-cı ildə gəlirlərdə ÜDM-nin 0,5%, 2017-ci ildə isə 1,75%-ə qədər artımı gözlənilir. Proqnozlara görə bir il sonra bu göstərici 3,5%-ə çatacaq.

"İlkin büdcə üçün göstəricilər artıq göstərilib”, - mənbə qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb