Yunanıstan TAP-ın marşrutunu təsdiqlədi

14:54 | 14.01.2016
Yunanıstan TAP-ın marşrutunu təsdiqlədi

Yunanıstan TAP-ın marşrutunu təsdiqlədi

Bu kəmər Yunanıstanda 10 min yeni iş yerinin açılmasına səbəb olacaq

Yunanıstan Ətraf Mühit və Energetika Nazirliyi Trans-Adriatik boru kəmərinin (TAP) 13 regionda tikintisinə razılıq verən bəyannamə imzalayıb. Bu barədə "Report" Yunanıstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunub ki, TAP kəməri Yunanıstan iqtiasadiyyatını canlandıracaq, inşaat və sonrakı əməliyyatlar zamanı 10 minə yaxın iş yeri yaranacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisindən başlanacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin altında olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb