Yunanıstan Türkiyə helikopterinə atəş açdı - Ankaradan açıqlama

15:18 | 10.04.2018
Yunanıstan Türkiyə helikopterinə atəş açdı - Ankaradan açıqlama

Yunanıstan Türkiyə helikopterinə atəş açdı - Ankaradan açıqlama

Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.

Report xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə helikopterə xəbərdarlıq atəşi açıb.

"Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib.

SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.

Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər.

***

Türkiyə rəsmiləri yunan hərbçilərin helikopterə atəş açması ilə bağlı məlumatı təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə mətbuata Nazirlər Kabinetindəki mənbə məlumat verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb