Zabit Səmədovu Bakıda belə qarşıladılar - VİDEO

19:57 | 24.04.2015
Zabit Səmədovu Bakıda belə qarşıladılar - VİDEO

Zabit Səmədovu Bakıda belə qarşıladılar - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Global Fighting Championship 3" turnirinin qalibi olmuş Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Bakıya gəlib. 
 
Heydər Əliyev Beynəlxalq Hava Limanında 31 yaşlı idmançı coşqu ilə qarşılanıb.

Azərbaycan bayraqları ilə "silahlanmış" azarkeşlər "Zabit", "Zabit" deyə Səmədovu alqışlayıblar. Səbəbkar media nümayəndələrinə açıqlamasında qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib. Döyüşlərin çətin keçdiyini qeyd edən döyüşçü Azərbaycanın adını yüksəklərə qaldırdığı üçün fəxr etdiyini vurğulayıb. 
Qeyd edək ki, Zabit Səmədov "Global Fighting Championship 3"də əvvəlcə şotlandiyalı ulduz Stiv Makkinnonu, ardından Konqo-Almaniya əsilli Danyo İlunqanı məğlub edib. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub. Səmədov pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacağını açıqlayıb. O, döyüş idman növünü təmsil etdiyi üçün Azərbaycan Ordusuna hər hansı formada köməklik etməyi özünə mənəvi borc bildiyini söyləyib. Turnirin super finalı isə bu ilin dekabrında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.
 
Video Materialı hazırladı
Fəridə Alıyeva, ANN TV
Foto: Report.Az
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM