Zakir Həsənov: İnanıram ki, hər an torpaqlarımızı azad etməyə hazır olacaqsınız

12:08 | 17.10.2015
Zakir Həsənov: İnanıram ki, hər an torpaqlarımızı azad etməyə hazır olacaqsınız

Zakir Həsənov: İnanıram ki, hər an torpaqlarımızı azad etməyə hazır olacaqsınız

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən xəbər verilib.

Verilən məlumata əsasən, nazir  dövlət müstəqilliyinin əldə edilməsinin xalqımızın ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb.

"Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, - nazir deyib. 
 
O, həmçinin qeyd edib ki, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənib.
 
"İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız.
 
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, döyüş hazırlığında uğurlar arzulayıram”, - nazir deyib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb