Zakir Həsənov Serbiya səfiri ilə görüşdü

15:48 | 27.02.2018
Zakir Həsənov Serbiya səfiri ilə görüşdü

Zakir Həsənov Serbiya səfiri ilə görüşdü

Fevralın 27-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.

MN-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.

Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM