Zakir Həsənov tankların döyüşə hazırlığını yoxladı - FOTOLAR

13:08 | 19.03.2015
Zakir Həsənov tankların döyüşə hazırlığını yoxladı - FOTOLAR

Zakir Həsənov tankların döyüşə hazırlığını yoxladı - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

ANN.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.
Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti