Zakir Həsənovun Gürcüstana səfəri başlayıb

12:54 | 16.10.2017
Zakir Həsənovun Gürcüstana səfəri başlayıb

Zakir Həsənovun Gürcüstana səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, nazir Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə əklil qoyaraq xatirəsini yad edib.
 
Səfər çərçivəsində Z. Həsənov bu gün gürcü həmkarı Levan İzoriya ilə görüşəcək.
 
Oktyabrın 17-də Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə birgə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti