Zaminlər barədə qaydalar sərtləşdirilir - VİDEO

13:17 | 10.10.2015
Zaminlər barədə qaydalar sərtləşdirilir - VİDEO

Zaminlər barədə qaydalar sərtləşdirilir - VİDEO

Məlumatlar mərkəzləşdirilmiş kredit reyestrindən götürüləcək.

Kredit götürənlərə zamin duran şəxslər barədə qaydalar sərtləşdirilir. 

Oxu.Az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, artıq zaminlərdən də kredit götürənlərdən tələb olunan qədər məlumat alınacaq. Bu da hər kəsin zamin olmağına imkan verməyəcək.

Biri kredit götürür, digəri ona zamin durur. Lakin ödəyə bilmədikdə, borc zaminin üzərinə yıxılır. Onun da imkanı çatmadıqda isə daha ciddi problemlər yaranır.

Artıq bu cür problemlərə son qoyulur. Bu məlumatlar mərkəzləşdirilmiş kredit reyestrindən götürüləcək.Yeni qayda kreditə əlçatanlığı çətinləşdirsə də, problemli kreditlərin yaranmasına mane olacaq. Həmin şəxs razı olsa da, bank onun zaminliyini qəbul etməyəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb