• $
  • €
  • ₽
  • ₺
  • £

Zamiq: "Bəzi adamlar elə bilirlər ki, onlar əlçatmazdır"

Zamiq:
28.05.2020 23:53
Bəzi məşhurlar var ki, ancaq modellərlə oturub durur.
 
Amma baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir.
 
Anews.az xəbər verir ki, bu sözləri Mtv Azərbaycana müsahibəsi zamanı, sənəti, tərzi ilə şou-biznesin ən lider müğənnilərindən olan Zamiq Hüseynov söyləyib.
 
Tərzini bəyəndiyi qadın həmkarlarının adını çəkən pop ulduz, kişi sənətçilərə iradını da gizlətməyib:
 
"Röya bəyəndiklərimdəndir. Dostum olduğuna görə demirəm. Çox zövqlü geyinir. Söhbət ondan getmir onun ətrafında zövqlü insanlar var. Bu nüans böyük rol oynamır. Insanlar var ki, ancaq modellərlə oturub durur, baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. Bunun üçün istedad lazımdır. Aygün Kazımovanın da geyimi, tərzi çox xoşuma gəlir. Amma bəylərdən sözün düzünü desəm tam məni qane edən yoxdur. Bəli, rahat danışmaq istəyirəm. Demirəm ki, pis geyinirlər, yox! Varsa da, baxırsan ki, o geyim vacibdir amma onu daşımaq da lazımdır. Daşıya bilənlər isə çox azdır. Bəzən çəki ona imkan vermir, bəzən görürsən ki, idman edib, çiyin məsələsi var ki, oturmalıdır. Çiyinlə baş, çiyinlə bədən düz gəlmir. Baxırsan ki, nəsə çatmır! "
 
Hüseynov türkiyəli ulduzların əlçatmaz olmadığını da qeyd edib:
 
"Mənim Türkiyədə də o qədər bəyəndiklərim yoxdur. Aralarında, ifaçılar, aktyorlar var. Desəm məni qınayarlar amma qoy qınasınlar.
 
Zamiq "bizim məşhurlarımız dünya ulduzlarından tərz öyrənirlər” fikirlərini də cavabsız qoymayıb: "Onlar da baxıb kimlərdənsə, götürürlər də, düzdürmü?
 
Gör-götür dünyasıdır. Sadəcə olaraq onların bazarı çox böyük olduğundan bir mahnı da oxuyanda deyirlər ki, o saundu oğurladılar. O Saund onlara məxsusdur. Belə bir şey yoxdur. Onlar da bizim kimi insandılar da. Onlar da instaqramda hansısa videonu götürüb bəzi əlavələr edirlər". İfaçı, ona verilən hədiyyələrə fərqli münasibətindən də danışıb: "Hədiyyə xoşuma gəlməyəndə gedib dəyişirəm. (Gülür) Mənim dostlarım da bunu bilir. Bəzi hallarda deyirlər ki, sənə filan hədiyyəni aldıq bilirik də, özün gedib baxıb dəyişərsən".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol