Özbəkistanın yeni prezidenti məlum oldu

15:38 | 05.12.2016
Özbəkistanın yeni prezidenti məlum oldu

Özbəkistanın yeni prezidenti məlum oldu

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyeyev olub. O, 88,61 faiz səs toplayıb.
 
Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.
 
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyeyev icra edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb