Zəhərli yumurtalar artıq 40 ölkədə

20:00 | 06.09.2017
Zəhərli yumurtalar artıq 40 ölkədə

Zəhərli yumurtalar artıq 40 ölkədə

Hollandiyanın quşçuluq fermasından yayılan fipronil insektisidi artıq dünyanın 40 ölkəsində istehsal olunan yumurtalarda aşkarlanıb. Məsələni Tallində toplaşan AB-nin kənd təsərrüfatı nazirləri müzakirə edirlər.

anews.az euronews-a istinadən xəbər verir ki, bir il əvvəl Hollandiyada yerləşən quşçuluq fermasından qida zəncirinə fipronil düşüb. Bu kimyəvi maddədən birə, gənə və digər parazitlərə qarşı istifadə olunur.

İndiyədək insektisid Rusiya, ABŞ və Avropa Birliyinin 26 ölkəsində (Litva və Xorvatiya istisna olmaqla) aşkar olunub.

Milyonlarla yumurta supermarketlərin rəflərindən yığışdırılaraq məhv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb