Zəhra Quliyevanın atası ilə bağlı MÜHÜM ADDIM

10:52 | 06.07.2017
Zəhra Quliyevanın atası ilə bağlı MÜHÜM ADDIM

Zəhra Quliyevanın atası ilə bağlı MÜHÜM ADDIM

 
İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub.
 
 
Bu barədə Publika.az-a Füzüli Rayon İcra Hakimiyyətindən məlumat verilib.
 
 
Məlumata görə, o, rayonun kommunal xidmət sahələrindən birində çalışacaq.
 
 
Qeyd edək ki, ölkə Prezidentinin tapşırığına əsasən 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının isə müalicə xərcləri İcra Hakimiyyəti tərəfindən təmin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb