Zidan: "Cerard çempionluğu haqq edir"

20:33 | 17.04.2014
Zidan: "Cerard çempionluğu haqq edir"

Zidan: "Cerard çempionluğu haqq edir"

Fransa millisinin və "Real" (Madrid) klubunun canlı əfsanəsi Zinəddin Zidan "Liverpul"un kapitanı Stiven Cerard haqda xoş sözlər deyib.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Zidan Cerardın bu mövsüm komandası ilə çempionluğu haqq etdiyini bildirib:"Cerard böyük karyeraya malikdir, ancaq bu mövsüm "Liverpul"la çempion olmasa, ona görə üzüləcəm. O, "Liverpul"da çempionluğu haqq edir. "Real" və "Çelsi" kimi klubların onu istəməsi artıq sirr deyil. Cerard Avropanın digər böyük klublarında da oynaya bilərdi. Amma ingilis futbolçu "Liverpul"da qalmağı üstün tutdu. Buna görə də o, çempion olmalıdır".Qeyd edək ki, "Liverpul" Premyer Liqada 34 turdan sonra 77 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb