Özil: "Dünya çempionu olmaq istəyirəm"

17:21 | 09.05.2014
Özil: "Dünya çempionu olmaq istəyirəm"

Özil: "Dünya çempionu olmaq istəyirəm"

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil gələn ay Braziliyada keçiriləcək dünya çempionatında komandasının şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan türk əsilli alman futbolçu Cənubi Amerikadakı istinin onun oyununa təsir etməyəcəyini bildirib:

"Meydana çıxdığımda bütün dünyanın məni izlədiyini düşünərkən isti və nəmişliyi unudacam. Körpə uşaq kimi bunun dadını çıxaracam. Komanda olaraq isti probleminin öhdəsindən gələcəyimizə inanıram. Hər bir futbolçu kimi mən də dünya çempionu olmaq istəyirəm".

Qeyd edək ki, Özil klubu "Arsenal"la İngiltərə Federasiya kubokunu (FA) qazanmaq istədiyini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb