Zükerberq peyğəmbərin karikaturasını çəkənləri dəstəklədi

14:09 | 09.01.2015
Zükerberq peyğəmbərin karikaturasını çəkənləri dəstəklədi

Zükerberq peyğəmbərin karikaturasını çəkənləri dəstəklədi

Facebook sosial şəbəkəsinin rəhbəri və banisi Mark Zükerberq öz səhifəsində Parisdə baş vermiş terror hadisəsinə münasibət bildirib.

"Bir neçə il əvvəl Pakistandan bir ekstremist mənim barəmdə ölüm hökmü çıxarmaq uğrunda mübarizə aparırdı, çünki Facebook Məhəmməd peyğəmbər haqqında onun təhqiramiz bildiyi məlumatı yerləşdirməkdən imtina etməmişdi.

Biz buna ona görə təkid etdik ki, müxtəlif rəylər – hətta kiməsə toxunsa belə - dünyanı daha maraqlı yerə çevirə bilər.

Facebook daim bütün dünyadan insanların fikirlərini paylaşa biləcəyi bir platforma olub. Biz müxtəlif ölkələrin qanunlarına hörmətlə yanaşırıq, lakin heç zaman hansısa bir ölkə yaxud bir qrup insanın insanlara qadağa qoymasına icazə vermərik.

Lakin baş vermiş hücum və mənim ekstremizmlə mübarizə sahəsində şəxsi təcrübəm barədə düşünəndə, anlayıram ki, biz bütün dünyadakı digər insanların səslərini və rəylərini boğmağa çalışan ekstremistlər qrupunu qəti şəkildə rədd etməliyik.

Facebook-da bunun baş verməsinə imkan verməyəcəyəm. Mən, hər bir kəsin zorakılıqdan qorxmadan azad şəkildə danışa biləcəyi bir servis yaratmağa can atırdım.

Mənim fikirlərim – qurbanlar və onların ailələri, Fransa sakinləri, bütün dünyada rəy və ideyalarını paylaşmaq istəyənl insanlarladı”, - deyə, Zükerberq yazıb.//oxu.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb