• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın rəsmi sponsoru oldu

Bakcell “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın rəsmi sponsoru oldu
17.03.2016 16:03
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin baş ofisində "UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın Yerli Təşkilat Komitəsi ilə Bakcell arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer tərəfindən imzalanmış bu sponsorluq müqaviləsinin şərtlərinə əsasən Bakcell şirkəti 5 may - 21 may 2016-cı il tarixləri arasında Azərbaycanda keçiriləcək çempionatın təşkilati işlərinə maliyyə dəstəyi göstərməklə yanaşı turnirin mobil rabitə partnyoru olmaqla Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil cihazlar və rabitə ilə təmin edəcək.

"Azərbaycanda mühüm idman tədbirlərinin keçirilməsi ənənəvi hal alıb. Biz də milli operator olaraq öz növbəmizdə bu tədbirlərə dəstək göstərməyi özümüzə borc hesab edirik. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlığımız çərçivəsində davamlı şəkildə bir çox işlər görmüşük. Bundan öncə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatının da rəsmi sponsoru olmuşduq. Bu il Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatının keçirilməsində əlimizdən gələn dəstəyi göstərməyimiz üçün AFFA tərəfindən verilən imkana görə təşəkkürümüzü bildiririk”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov: "Sevindirici haldır ki, 2012-ci ildən etibarən Bakcell şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin təşkili zamanı da biz Bakcell şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə Bakcell bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, Bakcell-in əməkdaşlığı ilə "Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”.

Qeyd edək ki, FIFA U-17 Avropa Çempionatı UEFA-nın üzvü olan ölkələrin U-17 milli yığma komandaları arasında 2001-ci ildən etibarən keçirilir. Sonuncu dəfə 2015-ci ildə bu çempionat Bolqarıstanda keçirilib.  




www.ann.az
Telegram
Go
Similar news
Similar news
Chamber of Accounts Approves Opinions on 2027 State Budget and SSPF Drafts
Business 17:30
Chamber of Accounts Approves Opinions on 2027 State Budget and SSPF Drafts
Azerbaijan Natural Gas Consumption Drops 6.7% in Q3 — SOCAR
Business 17:00
Azerbaijan Natural Gas Consumption Drops 6.7% in Q3 — SOCAR
Natural Gas Futures Tick Up on NYMEX for December Delivery
Business 12:30
Natural Gas Futures Tick Up on NYMEX for December Delivery
PASHA Bank discusses financial inclusion and the future of microfinance at the 12th AMFA Conference
Business 11:56
PASHA Bank discusses financial inclusion and the future of microfinance at the 12th AMFA Conference
Crypto Market Rebounds as Bitcoin Crosses $78,500 Threshold
Business 11:00
Crypto Market Rebounds as Bitcoin Crosses $78,500 Threshold
Global Oil Benchmarks Drop Over 3% as Brent Falls Below $110
Business 10:30
Global Oil Benchmarks Drop Over 3% as Brent Falls Below $110
Gold and Silver Advance on COMEX in Latest Trading Session
Business 10:00
Gold and Silver Advance on COMEX in Latest Trading Session
Central Bank of Azerbaijan Announces Exchange Rates: Euro Eases, Ruble Gains
Business 09:30
Central Bank of Azerbaijan Announces Exchange Rates: Euro Eases, Ruble Gains
SOCAR Commissions Its 100th Petrol Station in Romania
Business 18:03
SOCAR Commissions Its 100th Petrol Station in Romania
Anews TV

Our official Youtube channel

Subscribe