ABŞ-dan Xəzər konvensiyası barədə - Açıqlama

İqtisadiyyat 11-08-2018 10:53
ABŞ-dan Xəzər konvensiyası barədə - Açıqlama
ABŞ Dövlət Departamenti hələlik Xəzər dənizinin statusu haqqında konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyasına necə təsir göstərəcəyi barədə şərh verməyə hazır deyil.

Axar.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin Energetika Bürosunun rəsmi nümayəndəsi Vinsent Kampos deyib. Onun sözlərinə görə, hələlik konvensiyanın detalları ABŞ üçün bəlli deyil.

Qeyd edək ki, bundan öncə Kremlin Mətbuat Xidməti sabah Qazaxıstanın Aktau şəhərinə V Xəzər sammitinin keçiriləcəyi və burada Xəzərin statusu haqqında konvensiya imzalanacağı haqqında məlumat yayıb. Kreml müqavilənin detallarını da açıqlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı ölkələr arasında bölüşdürüləcək. Gəmiçilik, balıqçılıq fəaliyyətləri, elmi tədqiqatlar və boru xətti döşəmələri tərəflər arasında razılaşdırılmış qaydalar çərçivəsində olacaq. Dənizdəki layihələr də ekoloji amillər nəzərə alınaraq reallaşdırılacaq. Sözügedən müqavilə bölgədən kənar ölkələrin Xəzərdə hərbi varlığını qadağan edir. Xəzəryanı 5 ölkə dənizin təhlükəsizliyindən, qorunmasından, ehtiyatlarından məsul olacaq.

www.anews.az