08.12.2017-ci il
tarixində Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə
"Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" Milli
mükafatının təqdimetmə mərasimini keçirib. 2017-ci ilin yekunlarına görə
"AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla
başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes
sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.
Mərasimdə çıxış edən bankın
İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında
bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: "Son illərdə Azərbaycanda
müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona
müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial
imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir
bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı
sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında
rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların
təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac
əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın
inkişafında AtaBank-ın da rolunun olması bizi sevindirir.
AtaBank artıq 25 ildir ki,
bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə
imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik
bankımız bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə
inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir
vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!”.
Xatırladaq ki, "Uğur” mükafatı
"AtaBank”-a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank "Etimad
Bankı”, 2010-cu ildə isə "Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə”
nominasiyalarında bu mükafata layiq görülmüşdür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !