Azərbaycanlı futbolçu: "Mən içki düşkünü deyiləm"

15:26 | 15.08.2018
Azərbaycanlı futbolçu:

Azərbaycanlı futbolçu: "Mən içki düşkünü deyiləm"

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq üzvü Aleksandr Əliyev barəsində yayılan iddiaları təkzib edib.

Qaynarinfo xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi içki düşkünü olmadığını bildirib: 

"Gəzməyə, hardasa oturmağa, yeyib-içməyə gedə bilərəm. Lakin hər gün içmirdim. İnsanlar məni içki düşkünü hesab edir. Bunu jurnalistlər və çirkin düşüncəli insanlar yayıb. Mən içki düşkünü deyiləm. Mənim oyunumdan çox, şəxsi həyatımda danışırlar. Niyə vurduğum qollardan yazmırdılar. Ancaq içki və şəxsmi həyatım müzakirə olunur".

Qeyd edək ki, atası Azərbaycan əsilli olan Aleksandr Əliyev karyerası ərzində Ukraynanın "Borisfen", "Dinamo" (Kiyev), "Metullarq" (Zaparoje), "Dnepr", "Rux" Rusiyanın "Lokomotiv" (Moskva), "Anji" və Qazaxıstanın "Taraz" klublarında oynayıb. O, son iki ildə Kiyevin həvəskar səviyyəli "Katanzaro" klubunda forma geyinib.

2008-2012-ci illərdə Ukrayna millisinə çağırılan futbolçu 28 oyunda 6 qol vurub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb