Bakı-2015: Oyunların XVI günündə 27 dəst medalın sahibi bəlli olub

10:30 | 28.06.2015
Bakı-2015: Oyunların XVI günündə 27 dəst medalın sahibi bəlli olub

Bakı-2015: Oyunların XVI günündə 27 dəst medalın sahibi bəlli olub

Bakı-2015 I Avropa Oyunlarının XVI günündə 27 dəst medalın sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu medallar boks, cüdo, badminton, qılıncoynatma, üzgüçülük və voleybol növlərində təqdim olunub.

 

Azərbaycan yığması ötən gün 4 mükafat qazanıb. Millimizin aktivinə bütün medalları boksçular yazdırıblar. Albert Səlimov, (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblarsa, Xaybula Musalov (75 kq) gümüş medala layiq görülüb. İyunun 26-da 3-cü yeri tutan qadın boksçumuz Yana Alekseyevna (60 kq) isə mükafatına dünən qovuşub.

 

Qeyd edək ki, I Avropa Oyunlarında sona bir gün qalmış ümumilikdə 244 dəst medal öz sahibini tapıb.

 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM