“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır

13:45 | 19.02.2018
“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır

“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır

"Bakı-Metropoliteni” ilə Rusiyanın "Metrovaqonmaş” şirkəti arasında yeni müqavilə imzalanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, müqaviləyə əsasən "Metrovaqonmaş” şirkətindən hər birində 5 vaqon olan 2 qatar alınacaq.

"Bunlar 4-cü nəsil qatarlardır, son aldıqlarımızdan daha üstündür. Həmin qatarlar 2018-ci il ərzində alınacaq və cari il ərzində istifadəyə veriləcək”-deyə N.Paşayev vurğulayıb. 

Qeyd edək ki, bu qatarların istismar müddəti 31 ildir. Qatarlarda velosiped və uşaq arabaları üçün xüsusi yerlər var. 81-765/766 seriyalı qatarlar 2017-ci ilin əvvəlindən Mtişinsk zavodu tərəfindən istehsala başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb