BP: Gediş haqlarının maya dəyəri 40-50 faiz azalacaq

11:05 | 21.02.2018
BP: Gediş haqlarının maya dəyəri 40-50 faiz azalacaq

BP: Gediş haqlarının maya dəyəri 40-50 faiz azalacaq

BP şirkəti neftə olan tələbin 2030-cu ilin sonuna doğru ən yüksək səviyyəsinə çatacağını açıqlayıb. 

Anews.az "Bloomberg”ə istinadən xəbər verir ki, BP-nin "Enerji Mənzərəsi” hesabatına əsasən, neftə olan tələb sürətli inkişaf edən iqtisadiyyatlar hesabına yüksələcək. 

O da qeyd edilib ki, yaxın 20 ildə elektrikli avtomobillər nəqliyyatda inqilab yaradacaq:

"Hazırda bütün dünyada elektrikli avtomobillərin sayı üç milyon ədəd təşkil edir. 2040-cı ildə bu rəqəmin 300 milyona yüksələcəyi proqnozlaşdırılır. Sonrakı dövrdə dünyada "Uber”ə bənzər taksi xidməti göstərən sürücüsüz maşınların birgə istifadəsi artacaq. Bu da avtomobillərə olan tələbatı azaldacaq”. 

Bildirilir ki, elektrikli avtomobillərin sayının artmasına baxmayaraq, benzinə olan tələb 2040-cı ildə də dəyişməyəcək. Benzinlə hərəkət edən avtomobillər 2016-cı ildəki kimi 2040-cı ildə də gündəlik 18,7 milyon barel neft istehlak edəcəklər. 

Məlum olub ki, sürücülər olmayacağı və maaş ödənilməyəcəyi üçün ictimai nəqliyyatda gediş haqlarının maya dəyəri 40-50 faiz səviyyəsində azalacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb