Bütün dünya aeroportlarının Wi-Fi şifrəsi – Foto

20:22 | 22.07.2018
Bütün dünya aeroportlarının Wi-Fi şifrəsi – Foto

Bütün dünya aeroportlarının Wi-Fi şifrəsi – Foto

Kompüter təhlükəsizliyi üzrə mühəndis və blogger Anıl Polat bütün səyyahlara böyük bir yaxşılıq edib.
Belə ki, WiFox adlı bir xəritə hazırlayaraq, mühəndis bütün dünya aeroportlarının Wi-Fi şifrələrini bu xəritədə toplayaraq, bizə təqdim edib. Xəritədə demək olar ki, dünyanın bütün ən böyük aeroportlarının Wi-Fi şifrələri göstərilib.
Xəritə kiçik təyyarə ikonları ilə bol şəkildə qarşımıza çıxır. İstifadəsi olduqca rahatdır: sizə lazım olan hava limanını tapır və kiçik təyyarə ikonunun üzərinə basırsınız. Daha sonra isə bütün məlumatlar "ovcunuzun içinə gəlir.” Belə ki, təkcə şifrəni deyil, həm də aeroportun hansı tərəfində internetin daha yaxşı tutduğunu öyrənə bilirsiniz. Bəzi aeroportlarda Wi-Fi xidməti hər kəs üçün açıq olsa da, digərlərində ancaq Business Class müştəriləri üçün açıq olur. Anıl Polatın yaratdığı aşağıdakı xəritə isə sizin hər bir halda internetsiz qalmamağınıza kömək edir: (Pahoo.az)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb