“Dəmirbank”ın kreditorlarının - NƏZƏRİNƏ

09:57 | 24.05.2018
“Dəmirbank”ın kreditorlarının - NƏZƏRİNƏ

“Dəmirbank”ın kreditorlarının - NƏZƏRİNƏ

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan anews.az-a verilən məlumata görə, ləğv prosesində olan "Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən  təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 07 iyun 2018-ci il, saat 15:20-da davam etdiriləcək.

"Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir”, - deyə müraciətdə vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb