Əhalinin NƏZƏRİNƏ! Azərbaycanda ərzağı qiyməti BAHALAŞACAQ

11:37 | 18.07.2018
Əhalinin NƏZƏRİNƏ! Azərbaycanda ərzağı qiyməti BAHALAŞACAQ

Əhalinin NƏZƏRİNƏ! Azərbaycanda ərzağı qiyməti BAHALAŞACAQ

Xəbər verdiyimiz kimi, Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib. Növbəti hansı qida məhsullarının qiymətində bahalaşma gözlənilir?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı məhsullarının qiymətinin payıza kimi sabit qalması gözlənilirdi:

"Görünür ki, ölkədə bu məhsulların qıtlığı qiymət artımını situmullaşdırır. Bilirsiniz ki, dövlət son 6-7 ayda bir neçə nəzarət agentlikləri yaradıb. Onlardan biri Qida Təhlükəsizliyi Agentliyidir. Bu agentliyin hansı səviyyədə məhsullara nəzarət edə biləcəyini söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma bu agentliyin yaradılması ətin qiymətində 1 manat bahalaşmaya səbəb oldu. Digər məhsullara da inzibati nəzarət səbəbi ilə qiymətlərin bahalaşması baş verəcək. Bütün bu məhsulların təhlükəsizliyini təmin etmək məqsədi ilə sahibkarlardan, satıcılardan müəyyən miqdarda vəsait alacaqlar. Bu da satıan məhsulun maya dəyərinin artmasına gətirib çıxaracaq. Yaxın zamanlarda bütün qida məhsulların qiymətində müəyyən qədər bahalaşma olacaq. Bu bahalaşma dalğası oktyabr ayından sonra baş verəcək. Bundan əlavə manatın getikcə dəyərini itirməsi də kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb olacaq”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM