Ermənilər Qarabağda müharibə üçün hazırlığa başladı - FOTOFAKT

11:07 | 22.06.2018
Ermənilər Qarabağda müharibə üçün hazırlığa başladı - FOTOFAKT

Ermənilər Qarabağda müharibə üçün hazırlığa başladı - FOTOFAKT

Ermənistan Dağlıq Qarabağda yeni müharibəyə hazırlaşır.

Anews.az publika.az-a istinadən xəbər verir ki, erməni hərbi birləşmələri cəbhədə yeni istehkamlar tikirlər.

Məlumata görə, Ağdam, Füzuli və Tərtər istiqamətində yeni səngərlər qazılır.

Erməni ekspertlər bunun yeni müharibəyə hazırlıq olduğunu vurğulayıblar. Xüsusilə İrəvan Dağlıq Qarabağ danışıqlarında yaranmış pauzanın cəbhədə yeni toqquşmlara gətirib çıxaracağından narahatdır.

Rusiyanın erməniyönümlü "Regnum” agentliyi də yazır ki, "Azərbaycan danışıqlarda yaranmış pauzaya dözməyəcək və ərazilərin azad edilməsi istiqamətində hərəkətə keçəcək”.

Qeyd edək ki, ordumuzun Naxçıvan istiqamətində 11 min kilometr ərazini işğaldan azad etməsindən sonra Ermənistanın müharibə qorxusu daha da artıb.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb