Həzm sistemi, mədə-bağırsaq xəstəlikləri dərinin vəziyyətinə ilk növbədə və ciddi təsir edir. Dərinin zədələri, qaşınması, səpkilər həzm sistemi pozulmaları ilə əlaqələndirilir.
Mədə-bağırsaq xəstəlikləri zamanı makro və mikroutrientlərin defisiti yaranır ki, bu da dəri səthində büruzə verir.
Bağırsaq tərəfindən lazımi mikroelement və vitaminlərin sovrulmasının pozulması, xüsusən sink, dəmir, A, PP vitaminlərinin mənimsənilməsinin azalması baş dərisində, saç follikullarında, ayaq və əl dərisində, ağız boşluğu selikli qişasında yaralar, qanamalar, düyünlər, səpkilərlə özünü göstərir.
Məsələn, PP vitamini defisitində dermatit, hiperpiqmentasiya yaranır.
Xüsusən sink sovrulmasının pozulması açıq kliniki əlamətlərlə dəridə görünür.
Bağırsaq pozulması, diareya uşaqlarda və böyüklərdə dermatitə səbəb olur.
Xüsusən bu əlamətlər körpə ana südündən kəsiləndən sonra başlayır, çünki ana südü sinkin mənbəyi idi.
Eləcə də enteropatik akrodermatit Çeliaki xəstəliyi üçün də xarakterikdir.
Uşaq və gənclərdə çox rast gəlinən seboreya dermatiti, yağlı -kəpəkli baş dərisi bağırsaqdan mis sovrulmasının pozulması və orqanizmdə mis defisitindən qaynaqlanır.
Bu zaman uşaqda psixomotor, nevroloji pozuntular başlayır, epileptik tutmalar olur. Bu defisiti yaşayan insanın saçları qarışır, codlaşır, ağarır, fil sümüyü rəngi alır.
Qida allergiyasında da prosesə dəri, mədə-bağırsaq, tənəffüs orqanları qoşulur.
Bağırsaqların iltihabı, xora xəstəliyi, Kron və xoralı kolitdə də xəstələrin 20%-də dəridə zədələnmələr, düyünlü eritema, qanqrenoz piodermiya müşahidə olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !