“Moody’s” Bakıda konfrans keçirir

12:44 | 24.05.2018
“Moody’s” Bakıda konfrans keçirir

“Moody’s” Bakıda konfrans keçirir

"Moody’s” beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirir. 

Anews.az xəbər verir ki, tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edir. 

Konfransda çıxış edən "Moody's”in vitse-prezidentinin köməkçisi Kristian Vanq (Christian Vang) son illər Azərbaycan da daxil olmaqla, MDB ölkələrində baş verən iqtisadi proseslərdən, dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata təsirindən danışıb. 

O bildirib ki, regionda iqtisadiyyatın şaxələndirilməsi davam etdirilməli və bank sektorunun likvidliyi artırılmalıdır. 

Qeyd edək ki, tədbirdə MDB-nin kredit analitikləri bir araya gələrək Azərbaycanın islahatlar sahəsində irəliləyişi, fərqli kredit profillərinə söykənən əsas amilləri müzakirə edəcək.

Konfrans üç paneldən ibarət olacaq. Birinci paneldə neftin qiymətinin ucuzlaşma ehtimalının uzunmüddətli və qısamüddətli perspektivləri, ikinci paneldə Azərbaycanın bank sektorunun perspektivləri ilə bağlı iqtisadi canlanmanın bank sektorunun bərpasına əsas olması, sonuncu paneldə isə neft sektorunun perspektivləri mövzusu müzakirə ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb