Müdafiə Nazirliyi erməni yalanının üstünü açdı

12:56 | 18.01.2018
Müdafiə Nazirliyi erməni yalanının üstünü açdı

Müdafiə Nazirliyi erməni yalanının üstünü açdı

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən anews.az-a bildirilib ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır:

"Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”.

Qeyd edək ki, Ermənistan saytları erməni hərbçi 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb