Nazim Süleymanov istefaya göndərildi

15:02 | 12.11.2018
Nazim Süleymanov istefaya göndərildi

Nazim Süleymanov istefaya göndərildi

Nazim Süleymanov "Sumqayıt” klubunun baş məşqçi postundan göndərilib.

"Sumqayıt” FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. 

Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib, onunla bağlanmış müqaviləyə bugündən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klub rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, "Sumqayıt” dünən Azərbaycan Premyer Liqasının autsayderlərdən olan "Keşlə”yə 1:4 hesabı ilə uduzub. Komanda hazırda 11 xalla VI sırada qərarlaşıb.

Onu da bildirək ki, Nazim Süleymanovla iyunda iki illik müqavilə bağlanmışdı./oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb