“Palmali” Vahid Ələkbərovdan $2 mlrd istəyir

17:40 | 19.09.2017
“Palmali” Vahid Ələkbərovdan $2 mlrd istəyir

“Palmali” Vahid Ələkbərovdan $2 mlrd istəyir

"LUKOYL” müqaviləni pozmaqda günahlandırılır

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali” gəmiçilik şirkəti "LUKOYL”dan 2 milyard dollar tələb edir.

İstiPress-in "kommersant.ru”ya istinadən verdiüi məlumata görə, "LUKOYL”un İsveçrədəki treyderi "Litasco”ya ünvanlanmış məhkəmə iddiasında cərimənin «uzun müddətli müqavilə şərtlərinin ehtimal edilən yerinə yetirilməməsinə»  görə tələb edildiyi bildirilir.

"Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub.

"Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

Avqustun sonlarında "LUKOYL"un rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib ki, neft şirkəti payızın sonlarında xarici fəaliyyətin optimallaşması çərçivəsində "Litasco"nun səhmlərinin bir hissəsini satışa çıxaracaq. İndi  "Palmali”nin qaldırdığı  məhkəmə işi üzündən şirkətin səhmlərinin satışı çətinləşə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb