11 sentyabrda terror olacaq - ABŞ mənbələri

12:21 | 04.09.2014
11 sentyabrda terror olacaq - ABŞ mənbələri

11 sentyabrda terror olacaq - ABŞ mənbələri

ABŞ mənbələri bu il sentyabrın 11-də (ABŞ-da 11 sentyabr 2001-ci il hadisələri - red.) yeni terror aktlarının törədilə biləcəyi barədə xəbərdarlıq ediblər.Bu barədə SalamNews "Sumarianews"a istinadla xəbər verir.Xatırladaq ki, Liviyanın paytaxtı Tripolidə radikal islamçı briqadaların (sabiq qiyamçılar) hava limanını ələ keçirmələrindən sonra burada 11 təyyarə yoxa çıxıb.Mərakeş hərbi ekspertləri oğurlanmış təyyarələrin hazırda sabiq qiyamçıların nəzarətində olduğunu, eləcə də Şimali Afrika və Səudiyyə Ərəbistanındakı neft quyularına hücumlar barədə dəqiq məlumatların mövcudluğunu bildiriblər.

Qeyd edək ki, 11 sentyabr, həmçinin ABŞ-ın Liviyadakı səfirliyinə edilən hücumun ildönümüdür. Həmin hücumda səfir daxil olmaqla, beş amerikalı ölüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb