115 kubalı həkim Azərbaycana gəlib

15:20 | 13.07.2020
115 kubalı həkim Azərbaycana gəlib

115 kubalı həkim Azərbaycana gəlib

COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana dəstək üçün 115 nəfər kubalı həkim artıq paytaxtdadır.

ANEWS.az Report-a xəbər verir ki, həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb