17 milyon dollar pulu olan dilənçi tutuldu

09:28 | 27.11.2014
17 milyon dollar pulu olan dilənçi tutuldu

17 milyon dollar pulu olan dilənçi tutuldu

İranda dilənçilik edən bir nəfərin 17 milyon dollar pulu olduğu müəyyənləşib.ANS PRESS-in məlumatına görə, İranın Qərbi Azərbaycan əyalətində yaxalanan 64 yaşlı dilənçinin üzərindən 4 min dollar, iki bank hesabından isə 13 milyon dolları olduğu üzə çıxıb. Ələ keçirilən ümumi 17 milyon dollara sosial xidmət göstərən bir bina inşa ediləcək. Bu barədə İranın “İRNA” rəsmi xəbər agentliyi xəbər yayıb. Dilənçilərə qarşı aparılan əməliyyatda yaxalanan 13 nəfər dilənçidən 11-nin fərqli ölkələrdən olduğu aydın olub. Lakin 17 milyon dollar pulu olduğu müəyyənləşdirilən dilənçi isə hamını təəccübləndirib. Sözügedən dilənçinin əvvəllər isə səyyar satıcılıqla məşğul olduğu bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb